Partlayışda yaralanan onkoloq

Partlayışda yaralanan onkoloq
Milli Onkologiya Mərkəzində partlayış hadisəsi qeydə alınıb.

Hadisə tibb müəssisəsinin Şua-diaqnostika şöbəsinin birinci mərtəbəsində baş verib. Partlayış zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya hospitalizasiya olunub. 

Qeyd edək ki, Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura keçib.

2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır. Həkim 2008–2012-ci illərdə Türkiyə və Rusiyada ixtisasartırma kurslarında iştirak edib.

Onun fəaliyyətinin əsas istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən solid şişlər və onkohematoloji xəstəliklərin şüa terapiyasıdır. Asif Nəsirlinin 9 elmi nəşri çap olunub.

Məlumat üçün bildirək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbləri araşdırılır.

Modern.az-a istinadən xəsarət alan həkimin fotosunu təqdim edirik:



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az