Polkovnik Zahid Teymurov: "Mənim əsgər çəkmələrim 1 sm belə yad torpağı basmayıb"
QANLA yoğrulan müharibə xəmiri - MÜHARİBƏNİN YANACAĞI
Dünya Rusiya -Ukrayna müharibəsini müzakirə edir. Müxtəlif fikirlər, fərqli tərəfdaşlıq labüd olduğu halda iki böyük slavyan ölkəsi artıq müharibənin ən qanlı fazasında faciə yaşayır...
Rusiya ayı pəncəsini milli strateqiyasına çevirib suveren dövlətə təcavüzünün nəyə başa gələcəyini hələ anlamaq istəmir. Mənim rus hərbiçi dostlarım belə, şovinist qenlərini gizlətmirlər. Qəbul edə bilmirlər ki, mən Qarabağ savaşında Vətənimi öz torpağımda qorumuşam. Anlamaq istəmirlər ki, mən onlardan fərqli olaraq "участник боевых действий" deyiləm, mən "защитник родины"-yam. Mənim əsgər çəkmələrim bir santı belə yad torpağı basmayıb.
Ukrayna, vətəni qorumağının nəyə başa gələcəyini dərk edib, geriyə yol olmadığını anlayır.
Bu müharibənin hər iki olkə üçün hərəkət yanacağı QANDIR. Müharibə xəmiri həmişə QANLA yoğrulur.
Müharıbə uzandıqca İNSAN QANI həm azalır, həm ucuzlaşır
Təcavuzkar ölkə heç zaman insan qanı ilə hesablaşmayıb. 1941- 45-ci illər müharibəsində insanı top əti kimi istifadə halları Sovet ordusunun strateji usulu olub. Müharibənin sonunda, döyüşlər Almaniya ərazisində geqərkən, nisbətən böyük olmayan Berlin əməliyyatında marşal Jukov 600 min əsgərin ölümünə bais olub. 300 min azərbaycanlı əsgərin də, azı yarısının həlakı, şübhə yox ki, rus-sovet taktikasının mina sahələri ilə irəliləmə, atəş üzərinə örtüksüz kütləvi irəliləmə usulunun nətiçəsi olmuşdur.
Hərb işinin müharibə aspektini bilənin də, bilməyənlərin də cəsarətli rəyləri sosial şəbəkədə tüğyan edir. Bir neçə fikri də, məlumatlı olduğum, təhlil etdiyim məsələlərə dair diqqətinizə çatdırıram.
1. Russiya - Ukrayna müharibəsi birmənalı şəkildə, Rusiya tərəfindən məqsədi tam aydın olmayan, zərurətdən doğmayan hərbi təcavüzdür.
Bu baxımdan Rusiya üçün, Ukrayna timsalında uzunmüddətli tarixi düşmən qazanmaqdan başqa heç bir siyasi nəticəsi yoxdur. Güc yolu ilə yad ərazi tutmaq mümkün olsaydı, ABŞ nə İraqdan, nə Əfqanıstandan çıxardı, nə də Vyetnamdan canını qurtarardı. Heç bir təcavüz ordusunun sayı girdiyi ölkənin əhalisinin sayının heç mində bir hissəsi deyil. Nəzərə alsaq ki, əhali bir müddətdən sonra silahlı mübarizəyə başlayır, təcavüz quvvəsinin çoxsaylı itkiləri qaçılmazdı.
Buitkiləri Rusiyanın "son əsgərədək" inadı dəyişməsə, Ukrayna əhalisi kütləvi edəcək.
2. İki slavyan ölkəsinin qanlı müharibəsi din parçalanması ilə nəticələnəcək. Slavyan birliyi heç bir əhəmiyyət kəsb etməyəcək. Ümümi din, birləşdirici adət, ənənə, mədəni və mənəvi dəyərlər deformasıyaya uğrayacaq.
3. Rusiya bir ölkə kimi beynəlxalq iqtisadi, siyasi, mədəni nüfuzunu itirəcək. Nəticədə depressiv bir dünya regionu kimi zəifləyəcək.
Atom silahına əl atma - özünü məhf etmə ilə nəticələnəcək. Rusiyada sağlam qüvvələr belə şovinizmə yoluxduğu üçün, cəmiyyətdə parçalanma, qanlı vətəndaş müharibəsi istisna deyil.
Artıq bu müharibəni dayandırmaq çətindir. Onun daha da alovlanmasında maraqlı məlum ölkələr var. Qənaətə gəlmək olar ki, Rusiya bu məntiqsiz qanlı müharibəyə Qərbin ustalıqla hazırladığı kombinasiya nəticəsində çəkilib.
Rusiya-Ukrayna müharibəsinin 3 klassik mərhələsindən ikisinin son dərəcə qüsurlu olduğunun şahidiyik. 3 -cü mərhələ ən çətinidir - müharibədən çıxış. Ən dramatik və ziddiyyətli, ən həlledici mərhələ.
Zahid Teymurov
Ehtiyatda olan polkovnik