Deputat qanun dəyişikliyinə etiraz etdi

Deputat qanun dəyişikliyinə etiraz etdi
Min manat borcu olan vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoyulması düzgün deyil. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. 
Deputat vurğulayıb ki, layihəyə əsasən, xarici ticarət iştirakçısının borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək. 


"Layihə borc məbləğlərində minimum həddlər müəyyənləşdirmir. Burada xüsusi meyara ehtiyac var və minimum əmək haqqı məbləği ilə əlaqələndirilə bilər” – o vurğulayıb.


V. Bayramov həmçinin bildirib ki, səyyar gömrük auditinin 20 iş gün (zərurət olduqda 30 günədək) davam etməsi uzun hesab olunur və bu müddətin azaldılması təklif edilir. Onun fikrincə, elektronlaşma şəraitində sahibkar fəaliyyətinin təxminən bir ay yoxlanılması məqsədəuyğun sayılmır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az