Cəmi 10 saniyə çəkən öpüş zamanı partnyordan partnyora 80 milyonadək bakteriya keçir. Fransızsayağı öpüşlər isə daha risklidi.
Publika.az xəbər verir ki, hollandiyalı alimlər apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.

"Microbiome" jurnalının yazdığına görə, elmi tədqiqatda 21 öpüşən cütlük iştirak edib.
Alimlər gün ərzində 9 dəfə öpüşən insanların tüpürcəyində eyni mikrobların olduğunu aşkar ediblər.
Elmi ehtimallara əsasən insanın ağız nahiyəsində 700-dən çox bakteriya növü yaşayır. Keçirilmiş təcrübələrdən alınan nəticələrə əsasən, tüpürcək bakteriyaları öpüş zamanı partnyordan partnyora asanlıqla keçdiyi halda dilin mikroflorası nisbətən sabit qalıb.
Alimlərin qənaətinə görə, bu sahədə aparılan tədqiqatlar gələcəkdə mikroblardan qorunma üsullarının təkmilləşdirilməsinə kömək edə bilər.
Alimlər insan orqanizmində 100 trilyonadək bakteriyanın yaşadığını və insanın mikrobiomu adlanan həmin mikrob koloniyasının öyrənilməsinin xəstəliklərin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyət kəsb etdiyini bildirirlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR