Putin qərar verdi: Əsgərlikdən yayınanlar dövlət qulluğunda işləyə bilməz

Putin qərar verdi: Əsgərlikdən yayınanlar dövlət qulluğunda işləyə bilməz
Rusiya prezidenti Vladimir Putin əsgərlik çəkməyən şəxslərin dövlət orqanlarına işə götürülməsinə qadağa qoyan qanun imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sənədin mətni hüquq informasiyaları internet portalında yerləşdirilib.

Sənədə əsasən, hərbi komissarlar dövlət və bələdiyyə orqanlarının rəhbərlərinə "əsgərlikdən yayınanlar” haqqında məlumat verməlidirlər. 

Sənədə əsasən, rəhbərlik əsgərlik çəkmək istəməyən şəxsi işə götürdüyünü aşkar etsə, bu insanı 10 gün müddətində işdən azad etməlidir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az