Putin Suriyada atəşkəs elan etdi

Putin Suriyada atəşkəs elan etdi
Rusiya prezidenti Vladimir Putin Suriyada atəşin dayandırıldığını və sülh danışıqlarına başlandığını elan edib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısı Rusiya Xarici İşlər və Müdafiə nazirlərinin başçıları ilə görüşündə deyib.
"İndi bizim uzun müddətdir gözlədiyimiz xəbər gəldi. Üç sənəd imzalanıb. Birinci sənəd Suriya ərazisində atəşin dayandırılması haqqında Suriya hökuməti və silahlı müxalifət arasında imzalanıb. İkinci sənəd atəşin dayandırılması rejiminə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Üçüncü sənəd Suriya böhranının nizama salınması üzrə sülh danışıqlarının başlanmasına hazırlıq haqqında bəyanatdır”, - deyə Putin bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az