Putindən Obamanın hədə dolu qərarına cavab

Putindən Obamanın hədə dolu qərarına cavab
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Vaşinqtonun yeni sanksiyalarına cavab olaraq amerikalı diplomatları ölkədən göndərməyəcək.

İstiPress-in məlumatına görə, Putin eyni zamanda qeyd edib ki, mövcud beynəlxalq təcrübə üzrə Rusiyanın bütün cavab tədbiləri mövcuddur.

"ABŞ adminstrasiyasının münasibətləri gərginləşdirən yeni qeyri dost addımlarını Rusiya-ABŞ əlaqələrini gələcəkdə korlamaq üçün hesablanmış təxribat kimi qəbul edirik. Bu, həm Rusiya, həm də Amerika xalqının əsas maraqlarına ziddidir. Rusiya və ABŞ-ın qlobal təhlükəsizliyinin qorunması üçün xüsusi məsliyyət nəzərə alınmalıdır. Bu, bütün beynəlxalq münasibətlərə ziyan vurur”, - Rusiya prezidentinin bəyanatında qeyd olunur.

Onun sözlərinə görə, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın siyasətinə əsaslanaraq Rusiya-ABŞ münasibətlərinin bərpası üçün atılacaq gələcək addımlar əlaqələrin qurulmasına səbəb olacaq.

Bundan başqa, dövlət başçısı Amerika diplomatlarının uşaqlarını Kremldə keçiriləcək yeni il şənliyinə dəvət edib.

Xatırladaq ki, ABŞ Rusiyanın xüsusi xidmət orqanlarını və səlahiyyətli şəxslərini prezident seçkilərinə müdaxilədə ittiham edərək rəsmi Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ hökuməti bəyan edib ki, hazırki prezident Barak Obamanın "Rusiya kəşfiyyatına işləyən” adlandırdığı 35 rus diplomat ölkəni tərk etməlidir.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyadakı səfirliyinin 31, Sankt-Peterburqdakı baş konsulluğunun 4 əməkdaşının ölkəni tərk etməsi üçün Vladimir Putinə təklif göndərmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az