Putindən Yaxın Şərqdə baş verənlərə ilk reaksiya
Rusiya Prezidenti Vladimir Putin Qəzza zolağında eskalasiyanı ilk dəfə şərh edib.
Miq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə İraqın baş naziri əl-Sudani ilə görüşündə danışıb.
Rusiya lideri baş verənlərdə ABŞ-ı ittiham edib:
"Bu, ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsidir”.
Putin qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının müstəqil suveren Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarının icrası zəruridir.