“Ermənistanda rusiyalaşdırma elə yüksək tempdə gedir ki, sonda bunun nə ilə nətcələnəcəyini təsəvvür etmək belə çətindir”.
Virtualaz.org bildirir ki, bunu “Aykakan Jamanak” qəzeti yazıb.
Yazıda daha sonra deyilir: “Mövcud hakimiyyət çoxdandır Gümrünün böyük bir hissəsini Rusiyanın 102-ci bazasının poliqonuna çevirib, indi isə deyəsən, növbə paytaxt İrəvana çatıb. Belə ki, hökumətin bu günə planlaşdırılan iclasının gündəliyinə “Erebuni” aeroportunun Rusiya hərbi bazasına verilməsi barədə məsələ salınıb”. Məqalədə o da bildirilir ki, düzdür, adıçəkilən aeroportdan hazırda da elə Rusiya Hərbi-Hava Qüvvələri istifadə edir. Amma təklif olunan qərarla aeroport artıq rəsmi şəkildə Rusiya hərbi bazasının mülkiyyətinə keçəcək: “Görünür, bu, bizim hökumətin dekabrın 2-də Ermənistana rəsmi səfərə gələcək Rusiya prezidenti Vladimir Putinə hədiyyəsidir”.
Məqalənin sonunda isə ironiya ilə deyilir: “Dekabrın 2-nə hələ var. Və bilmək olmaz ki, Ermənistan Rusiyaya daha neçə kilometr ərazisini peşkəş edəcək”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR