Putinin "qara qutusu" xəbərdarlıq etdi - "Təcili plan hazırlayın"

Putinin
"Daima hücumlar olacaq"

"Hücumlar daimi olacaq, təcili B planı hazırlayın". İstiPress-in məlumatına görə, bu sözləri Rusiya prezidentinin "qara qutusu" adlandırılan, professor  Aleksand Duqin deyib. Dugin ABŞ-la bağlı Türkiyəyə xəbərdarlıq edib.
O, Rusiya iə Türkiyənin münasibətlərinin gərginləşdiyi vaxtda Putini Ərdoğanla danışığa getməyə inandırdığını deyib. "Köməyim oldu. Çünki biz savaşın astanasında idik. Amma Putin realist adamdır. Əgər əlində dəlillər varsa onları qiymətləndirir". 
Dugin ABŞ-ın əslində türk ordusunun gücünə barmaqarası baxdığını deyib. Onun sözlərinə görə, ABŞ-ın mərkəzi kəşfiyyat idarəsi CİA 16 iyul dövlət çevrilişinə cəhdə 2 milyard dollar pul xərcləyib. "CIA o gecə Rusiya ilə Türkiyə arasında əlaqə kanllarını da kəsməyə çalışdı. Putini Türkiyəyə qarşı mövqe almağa inandırmaq istədilər, ona vəziyyətdən öz leyhinə istifadə edə biləcəklərini dedilər. Amma Putin inanmadı". 
O, qeyd edib ki, son zamanlar Rusiya Türkiyənin yaxınlaşmasından dünyanın super gücü o qədər də məmnun deyil və onları yenidən korlamaq üçün əlindən gələni edə bilər. "Daima hücuma məruz qalacaqsınız, İran və Rusiyaya sansksiya tədbiq edilir. Əminəm ki, Türkiyəyə də edəcəklər. İqtisadiyyatı xilas etmək üçün B planı hazırlamalısınız".


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az