"Səhnəyə gələn gündən geyimlərim cəsarətli olub”.
Müğənni Roza Zərgərli ilə müsahibəni təqdim edirik:

-Sizi həmkarlarınızdan fərqləndirən cəhət hansıdır?
-Hər halda mənim işgüzarlığım. Çünki mən sənətimdən doymuram və işimdən yorulmuram.

- Fərqindəsiniz ki, daxili aləminizi hər adam anlayıb, qəbul edə bilmir. Kənardan çətin xasiyyətli insan təsiri bağışlayırsınız…
-Bəli, mənim daxili aləmimi hər insan anlayıb qəbul edə bilmir. Ona görə də bəzi insanlar məni cox istəyir, bəziləri isə yox. İnsanalar mənim daxili aləmimi tanımaq üçün məni şəxsən tanımalıdılar. Lakin sənətimlə bağlı hər insan məni şəxsən tanıya bilməz. Ona görə də kənardan çox cətin görünürəm. Əslində çox çətin insanam.

- Anar Ağakişiyevlə indi münasibətləriniz necədir? "Maşın” şouda aranızda qalmaqal yaşanmışdı…
- Bu sualı yaxşı eşidə bilmədim, ona görə də cavab verə bilmirəm. Dərhal başqa suala keçək(gülür).

- Şou-biznesin özünü də siyasət hesab etmək olarmı?
-Ən böyük siyasət elə şou-biznesdədir. Şou biznesdən baş açan insanbalıq suda üzdüyü kimi hərəkət edə bilər.

-Özünüzü güclü qadın hesab edirsiniz?
-Özümü güclü qadın hesab etmirəm. Çünki mən elə güclü qadınam. Bu danılmaz bir faktdır. Yəni hesab etmək başqa şeydir, güclü qadın olmaq başqa. Mən çox güclü qadınam.

- Müğənni, aparıcı, indi isə münsif oldunuz. Daha sonra oxucular sizi hansı ampulada görə biləcəklər?
-Əvvəl müğənni, sonra rejissor, aparıcı, prodüser, layihə rəhbəri. Və artıq 4 ildir dünyada səs salmış bir neçə festivalların fəxri münsif kürsüsündə əyləşirəm. Hazırda isə Qırğızıstanda keçiriləcək ikinci "Meykin-Asiya” beynəlxalq festivalına fəxri münsif üzvü qismində dəvət almışam.Oxucular məni zamanla işgüzarlığımın nəticəsi olaraq başqa ampulada da görə biləcəklər.

-Son zamanlar dekolteli geyimlərinizlə tez-tez gündəmə gəlirsiniz. Geyimlərinizi özünüz seçirsiniz, yoxsa hansısa modelyerlə çalışırsnız?
-Səhnəyə gələn gündən geyimlərim cəsarətli olub. Amma dekoliteyə gəldikdə, şou-biznesdə məndən də açıq-saçıq, dekolitədə gəzən mügənnilər var. Əgər bir xanımın harasısa gözəldirsə və onun mövcudluğunu nümayiş etdirirsə, bu eyib deyil. Çünki biz səhnə insanlarıyıq. Real həyatda mən dekolitə geyinmirəm. Əksər hallarda mən idman geyimi geyinirəm. Lakin səhnədə hər şey qəbuldur. Kim isə bunu qəbul etmirsə, bu həmin adamın şəxsi və psixoloji problemidir.

-Sizin doğma övladlarınızın sayı neçədir? Mətbuatda hərdən bu haqda yazılar dərc olunur. Gah iki, gah üç, gah da dörd övladnız olduğu deyilir. Hətta övladlığa uşaq götürdüyünüz, sizin doğma övladınızın olmaması xəbərləri ilə də rastlaşırıq…
- İki oğlum, iki qızım var. Dördü də mənim doğma övladlarımdır. Nə övladın, nə də ananın ögeyi olmur.

-Müğənnilər arasında gözəllik yarışması keçirilsəydi, özünüzü hansı həmkarınızdan ön və hansından arxa pillədə görərdiniz?
-Azərbaycan
qadınları və şou- biznesində olan bütün xanımlar məndən gözəldir.
Sadəcə mənim daxilim gözəl olduğundan bir qədər daha gözəl görünürəm.
/oxu.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ