Qadını öldürüb qaçdı - Cəlilabadda

Qadını öldürüb qaçdı - Cəlilabadda

Cəlilabad rayonunda piyadanı vurararaq hadisə yerindən qaçan sürücü saxlanılıb.

RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü, Cəlilabad rayonun Fərzili kənd sakini, 1987-ci il təvəllüdlü Anar Ümidvar oğlu Şükürov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, hadisə srağagün axşam saatlarında Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə qəzadan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az