Qadını qorxudub 300 min manata qol çəkdirdilər - Bakıda şok cinayət

Qadını qorxudub 300 min manata qol çəkdirdilər - Bakıda şok cinayət

Bakıda vətəndaşları aldadaraq dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirilib. Bu barədə məlumatı Femida.az -a vəkil Adəm Məmmədov verib.

Onun sözlərinə görə, bir qrup şəxslər M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçirməkləri azmış kimi sonuncu pulu almadığı halda 300.000 manatlıq kredit müqaviləsini təhditlə imzalatdırmışlar.

"Məlumdur ki, vətəndaşlar kifayət qədər banklardan kredit götürmək istəyərkən çoxlu xoşa gəlməz çətinliklərlə rastlaşdığı üçün faktiki belə fırıldaqçıların meydanı genişlənmişdir. Sizin evinizi dəyər dəyməzə qiymətləndirərək vermədikləri pulun müqabilində faktiki heç bir hüquqi əhəmiyyəti olmayan alqı-satqı həyata keçirərək yuridik mülkiyyətinizin sahibinə çevrilir, bir müddətdən sonra hədə-qorxu və şantajla əmlakları bəzən məhkəmələr vasitəsi ilə əmlakları əlinizdən alır. Ən dəhşətlisi odur ki, vətəndaşlardan həmin əmlakları sözdə girov kimi götürürlər. 

Hal-hazırda Xətai RPİ-nin İstintaq şöbəsində belə bir iş üzrə dələduzluq nəticəsində külli miqdarda dəymiş ziyanla (AR CM-nin 178.3.2) bağlı cinayət işi başlanılıb. Təəsüflə qeyd edirəm ki, bu kriminal dəstənin prokurorluq orqanında çox ciddi nüfuzlu himayədarı peyda olmuşdur. Bu iş üzrə cinayət işinin başlanması üçün qərarda adları çəkilən qrup üzvlərini nəzərinizə çatdırıram. Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçirməkləri azmış kimi sonuncu pulu almadığı halda 300.000 manatlıq kredit müqaviləsini təhditlə imzalatdırmışlar. Ən təccüblüsü odur ki, el dili ilə desək "üç dənə biti” olmayan Əliyev Sahib Usub oğlu pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyonluq beş müxtəlif əməliyyat həyata keçirib. Qeyri-rəsmi məlumatlara əsasən, həmin vətəndaşların dediklərinə görə, pulun sahibi və işlərə rəhbərlik edən iş adamı kimi tanınan Abdullayev Yalçın Sabir oğlunun rəhbərliyi ilə həyata keçirilmişdir. Hal-hazırda istintaq hərəkətləri aparılır, düzdür araşdırmaya nüfuzlu və ciddi vəzifəli şəxsin təsiri olsa da mən vətəndaşlardan xahiş edirəm ki, bu şəxslərin əməllərindən ziyan görənlər bir başa ofisimə müraciət edə bilərlər. Tərəfimdən lazımi hüquqi yardım göstəriləcəkdir.
İnsanların illərlə minbir zülümlə əldə etdiyi əmlaklarını dələduzluq yolu ilə ələ keçirməklə vətəndaşlara vurulan maddi ziyan bir yana hətta onları ölüm həddinə belə çatdırmışlar. ”

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az