Qadınları Türkiyədə cinsi istismara məruz qoyan Quba sakini 9 il cəza alıb - (FOTO)

Qadınları Türkiyədə cinsi istismara məruz qoyan Quba sakini 9 il cəza alıb - (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Elvira Qurbanovanın CM-nin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Miq.az-ın məlumatına görə, bu il iyunun 21-də DİN İnsan Alverinə qarşı mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyması faktı ilə əlaqədar Elvira Qurbanova tutulub. 

Müəyyən edilib ku, o istintaqa məlum olmayan Maya adlı qadınla qabaqcadan əlbir olaraq, cinayət əməllərini törədib. Qurbanova əvvəllər də eyni ittihama görə məhkumluq həyatı yaşayıb. 
 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az