Vətəninfo.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu forma sponsorluğu üçün 2 nəhəng firma ilə razılağa gəlib. ANS PRESS-in məlumatına görə, adı Azərbaycan şirkətləri ilə də hallanan İstanbul təmsilçisi nəhayətki forma reklamı üçün sponsor tapıb. "Qalatasaray" Türkiyə Super Liqası üçün Çinin beynəlxalq telekommunikasiya firması "Huawei" ilə Çempionlar Liqası üçün isə Türk Hava Yolları ("Turkish Airlines") ilə razılaşıb.
Bu iki razılaşmadan "Qalatasaray"ın büdcəsinə təxminən 7 milyon dollar daxil olacaq. Klub prezidenti Ünal Aysal ötən gün mətbuata açıqlamasında bu razılaşmanın 1 illik olduğunu deyib. Onun sözlərinə görə, 2015/16 mövsümü etibarı ilə xarici bir şirkət ilə 5 illik yeni bir sponsorluq müqaviləsi bağlanacaq. Bu əməkdaşlıq Türkiyədə ilk dəfə tətbiq olunacaq olan yeni bir sponsorluq modelidir. "Qalatasaray"ın hazırladığı yeni modelə görə, klub ölkə daxilində "Huawei"ni, ölkə xaricində isə "Turkish Airlines" reklam edəcək.
Qeyd edək ki, bir müddət öncə Azərbaycanın SOCAR və Amrahbank kimi şirkətlərinin "Qalatasaray" klubuna sponsorluq edəcəyi ilə bağlı xəbər yayılmışdı.



Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR