Qarabağ əlili özünü yandırmaq istəyib-Yeni Günəşlidə

Qarabağ əlili özünü yandırmaq istəyib-Yeni Günəşlidə

Bakıda ağacların kəsilməsinə etiraz edən şəxs intihara cəhd edib.

Şahidlərin verdiyi məlumata görə, hadisə bu gün saat 10.00 radələrində Günəşli qəsəbəsində qeydə alınıb. Bir qrup sakin qəsəbə ərazisində yerləşən 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsinə etiraz edib. Bu zaman etirazçılardan biri üstünə benzin tökərək özünü yandırmaq istəyib. Hadisə yerinə gələn polis əməkdaşları intihara cəhdin qarşısını alaraq həmin şəxsi polis bölməsinə aparıblar.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən verilən məlumata görə, özünü yandırmaq istəyən şəxs Qarabağ əlili Rövşən Qafarovdur. Hazırda onun ifadəsi alınır. (APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az