"Qarabağ” - "Neftçi” matçından sonra dava: polislər müdaxilə etdi FOTOLAR


Mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ” və "Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib. Finalda minimal hesabla qalib gələn Ağdamın "Qarabağ” komandası Azərbaycan kubokunun qalibi olub.

Miq.az baku.ws-ə istinadən xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər arasında dava olub. Oyundan sonra stadionun qarşısında bir neçə "Neftçi" azarkeşi "Qarabağ" azarkeşlərinə sataşaraq, "bura bizimdir, çıxıb gedin Qarabağınıza" və s. kimi şüarlar səsləndirib.
 
Bundan sonra vəziyyət gərginləşib və gənclər əlbəyaxa dalaşıblar. Stadion qarşısında baş verən döyüşə polislər müdaxilə edib. 

 

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az