Qarabağ səhv idi, gərək bu ölkənin torpağını tutardıq

Qarabağ səhv idi, gərək bu ölkənin torpağını tutardıq

Yolların açılması bizi yerləşdiyimiz dalandan heç yerə çıxartmır.

Miq.Az xəbər verir ki, bu iddia ilə erməni filosof İda Martirosyan Yutubda yayımlanan "Troye v lodke” verilişində deyib.

"Bizə hansısa dənizə çıxış verin. Bəli, əgər bizdən delimitasiya, demarkasiya ilə torpaq alırlarsa, qarşılığında hansısa keçid versinlər” – deyə o bildirib.

Bundan sonra verilişin aparıcısı Martirosyana irad tutaraq, "sən Ermənistan kimi kobudluğa can atırsan. Sən bu gün kimsən ki, hansısa torpaq tələb edirsən” sözlərini deyib. Martirosyan isə cavabında Ermənistanın Qarabağ istiqamətində irəliləməsini yanlışlıq adlandırıb:

"Son nəfəsimə qədər deyəcəm ki, biz Qarabağı "azad etməyə” gedəndə bizi əhatə eləyən yarğandan çıxmadığımızı başa düşməliydik. Biz yola sahib olmurduq. Müasir dünyada isə yollar, kommunikasiyalar ən vacib şeylərdir. Biz sadəcə öz divarımızı artırdıq. Başqa tərəfə hərəkət etmək lazım idi...

Yenə diplomatiyaya qayıdıram. İndi olduğumuz deşikdən çıxış üçün nəyisə qarşılıq olaraq vermək olardı. Gələcək nəsillər anlayacaq ki, söhbət "tarixi torpaqlarda”, Azərbaycanda və Türkiyədə nəyin olmasında deyil, məsələ gələcəkdədir. Gələcək isə yollar və dünya ilə əlaqədir. Ona görə də başqa tərəfə getmək lazımdır”.

O, həmçinin Gürcüstandan zamanında diaspor vasitəsilə belə yolu almağın və ya 100 illik kirayə götürməyin mümkün olduğunu deyib. Martirosyan bununla belə kirayədən sonra bu torpaqları geri qaytarmaq barədə düşünülməməsi gərəkdiyinə eyham vurub.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az