Naira Hayrumyan: “Ermənistan tamamilə Putinin sovet qucağına qayıdacaq”
İlham Əliyevlə Serj Sarkisyan arasında sentyabrda nəzərdə tutulan görüşə qədər Ermənistan işğal edilmiş Qarabağ ərazilərinin bir hissəsini Azərbaycana qaytara bilər.
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu fikri erməni şəhçi Naira Hayrumyan bu gün görüşlə bağlı dərc edilmiş məqaləsində bildirib.
“İrəvan Moskvadan müəyyən zəmanətlər aldıqdan sonra bu addımı ata bilər. Rusiya Ermənistan və Azərbaycanla öz şərtləri əsasında müqavilə bağlamaq istəyir. Moskva Qarabağın bir hissəsini Azərbaycana qaytarmaqla Ermənistanla Rusiya arasında kommunikasiyaların açılmasına nail ola bilər. Ermənistan bununla Avrasiya məkanının bir hissəsinə çevrilə bilər. Rusiya isə “zəmanət” kimi zonaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarını regiona yerləşdirə bilər”,- deyə Naira Hayrumyan vurğulayıb.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin erməni prezident Serj Sarkisyanla görüşünə toxunan Naira Hayrumyan bununla da Qərbin regiona təsirinin sıfıra enəcəyini bildirib: “Ermənistan həmişə Qərbin Rusiya zəmanətlərinə inamı ilə nümunə göstərib. Qərb tam əmindir ki, Ermənistan əraziləri verməyə razılaşacaq və Qərbin zəmanətlərini qəbul edəcək. Əgər qəbul edəcəksə, Qərbin Ermənistan və Azərbaycana deyəcəyi sözü qalmayacaq. Ermənistan tamamilə Putinin sovet qucağına qayıdacaq”.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA