Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Hadisə Səngəçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.
1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov "Qazel” markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.
"Qazel”in sürücüsü Elşad Rəhimov "report”a bildirib ki, bu zaman onların yanında tanımadıqları "Kamaz” markalı yük maşını saxlayıb.
Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb "Kamaz”ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə "Tofaş” markalı avtomobil də gəlib.
Daha sonra "Tofaş” və "Kamaz”da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə "təcili yardım” maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.
Həkim "Report”a həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:
"Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm”.
1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.




Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ