Qardaş qardaşı güllələdi-Biləsuvarda
Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, həmin kəndin sakini, 29 yaşlı Adil Alim oğlu Əliyev qardaşı tərəfindən güllə ilə vurularaq qətlə yetirilb. Digər kənd sakini, 25 yaşlı Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Miq.Az