Qardaşını öldürən şəxsin məhkəməsi başlayır- FOTOLAR

Qardaşını öldürən şəxsin məhkəməsi başlayır- FOTOLAR

Rusiyadan Şamaxıya toya gələn və qardaşını öldürən şəxsin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı şəhər sakini Azad Rəşidzadənin (1971-ci il təvəllüdlü) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. 

Miq.az-ın məlumatına görə, bu il iyunun 7-də Şamaxı şəhərinin H.Ciddi küçəsindəki 74 saylı evdə Azad Rəşidzadə ailə münaqişəsi zəminində baş vermiş münaqişə zamanı ov tüfəngi ilə qardaşı Azər Rəşidova (1967-ci il təvəllüdlü) ov tüfəngindən atəşlər açıb. Nəticədə ağır xəsarətlər alan iki uşaq atası hadisə yerində dünyasını dəyişib. Daha sonra Azad davanın qarşısını almaq istəyən həyat yoldaşı Möminə İbadovanı (1982-ci il təvəllüdlü) qolundan yaralayıb, sonuncu Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

İstintaq zamanı məlum olub ki, uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə həmin günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib. Lakin ayın 7-də qardaşı ilə ata evinin bölüşüdürlməsi üstündə mübahisə yaranıb və o, əsəbilərini cilovlaya bilməyərək qardaşını öldürüb. Hadisəndən sonra qaçan Rəşidzadə Şamaxı RPİ-nin əməkdaşları tərəfindən tutulub və məsuliyyətə cəlb edilib.

Hazırlıq iclasının tarixi yaxın günlərdə bəlli olacaq.  




Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az