Qəddafinin oğlunun həbsxanada döyülməsinin videosu yayıldı
Liviyanın devrilmiş lideri Muəmmar Qəddafinin həbs edilən oğlu Səid Qəddafinin həbsxanada döyülməsinin videosu internetdə yayılıb.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, həbsxananın mühafizəçiləri tərəfindən
döyüldüyü ehtimal edilən Qəddafinin videosu 10 dəqiqə davam edir.
Həbsxananın əməkdaşları Səid Qəddafinin gözlərini bağlayaraq döyüblər, ifadəsini alıblar.
Liviya Prokurorluğu məlum video ilə bağlı araşdırmalara başlayıb.
Prokuror bildirib ki, videoda Qəddafini döyən şəxslərin imliyinin
müəyyən edilməsi üçün təcili şəkildə araşdırma aparılmalıdır.

Qəddafinin oğlu Səid Qəddafi məhkəmədə
Səid Qəddafi, keçmiş milli təhlükəsizlik naziri Abdullah əs-Sənusi və keçmiş baş nazir əl-Bağdadi əl-Mahmudi haqqında
edam cəzası verilib.
Adları çəkilən şəxslərlə yanaşı daha 7 nəfər "Qəddafinin devrildiyi
2011-ci ildəki üsyan zamanı etdikləri cinayətlərə görə” edam cəzasına
məhkum edilib.
Qəddafinin oğlu haqqında hökm qiyabi verilib. Çünki Səid Qəddafi keçmiş üsyançı qrup tərəfindən Zintan bölgəsində saxlanılır.
Səid Qəddafi işlətdiyi ehtimal edilən cinayətlərə görə Beynəlxalq Cəza Məhkəməsi tərəfindən də axtarılırdı.

Mütəssim Qəddafi devrilmiş Liviya liderinin beşinci oğludur.
Müammər Qəddafinin digər oğlu
Mütəssim Milli Keçid Şurasının silahlıları tərəfindən Sirt şəhərində ələ keçirilmişdi.
Mütəssim Qəddafi bir gün əvvəl ailəsi ilə birlikdə Sitri tərk etməyə çalışarkən saxlanılıb.
Mütəssim Qəddafi devrilmiş Liviya liderinin beşinci oğludur. O, ölkədəki
vətəndaş müharibəsinə qədər hökumətdə milli təhlükəsizlik məsələləri
üzrə müşavir işləyib.
Hərbi əməliyyatlar başladıqdan sonra isə Mütəssim Qəddafi hökumət
qoşunlarının bəzi hissələrinə komandirlik edib və döyüşlərin fəal
iştirakçısı olub.