Qətər vətəndaşlarının həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Qətər vətəndaşlarının həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək
Qətər vətəndaşları həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcəklər.

Miq.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb.
Məlumata görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.
Qəbuldan sonra Qətər vətəndaşlarının həcc ziyarəti xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az