Qətl və digər ağır cinayətlər törədən vəhabillərin apellyasiya məhkəməsi başlayıb- FOTOLAR
Bakı Apellyasiya Məhkəməsində Nurəddin Xəlilov, Müşviq Mikayılov, Rəşad Həşimli, Elçin Məmmədov, Əhməd Kərimov, Bahadur Məmmədov, Coşqun Kərimbəyli, Zaur Əliyev, Rufis Bəyimov, Fəxri Şirinzadə, İlqar Musayev, Anar Rzayev, Ceyhun Abdullayev, Samir Məmmədov, Pərviz Şıxəliyev, Rəşad Səfəralıyev, Niyaməddin Xəlilov və Xəlil Məmmədovun CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.10 (təkrar qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120 (qəsdən adam öldürməyə cəhd), 128 (qəsdən sağlamlığa yüngül zərər vurma), 177 (oğurluq), 181 (quldurluq), 214 (terrorçuluq), 217 (banditizm), 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə, satma və ya gəzdirmə), 283 (dini nifrət və düşmənçiliyin salınması), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) və 326-cı (rəsmi sənədləri məhv etmə) maddəlləri ilə məhkəmə prosesi başlayıb.
İstintaqla müəyyən edilib ki, Nurəddin Xəlilov 2014-cü ilin mart ayında "Umar abi Mucaid” ləqəbi ilə özünü sələfi radikal dini cəryanın əmiri elan edib. Dinin bəzi müddəalarını qəsdən yanlış ifadə edərək, yaxın münasibətdə olduğu eyni radikal baxışlara malik qardaşı Niyaməddin Xəlilov, Müşviq Mikayılov, Rəşad Həşimli, Elçin Məmmədov, Əhməd Kərimov, Bahadur Məmmədov, Coşqun Kərimbəyli, Zaur Əliyev, Rufis Bəyimov, Fəxri Şirinzadə, İlqar Musayev, Anar Rzayev, Ceyhun Abdullayev, Samir Məmmədov, Pərviz Şıxəliyev, Rəşad Səfəralıyev, Xəlil Məmmədov və qeyrilərindən ibarət mütəşəkkil dəstə təşkil edib. Onlar nifrət və düşmənçiliyin salınması xarakterli fikirlər olan dini ədəbiyyatdan istifadə ediblər, özlərinə və ailə üzvlərinə məxsus şəxsiyyət Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi bileti və digər rəsmi sənədləri yandırmaqla məhv ediblər. Müxtəlif vaxtlarda və mənbələrdən silah-sursat əldə ediblər.
2014-cü il martın 19-da Müşviq Mikayılovun verdiyi məlumatla əlaqədar Bakı ş. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, F.Qasımzadə küçəsində yaşayan Sərxan Allahverdiyevin evinə basqın ediblər. Gecə saat 2 radələrində Nurəddin Xəlilov və Müşviq Mikayılov Elçin Məmmədovun idarə etdiyi "Mercedes” markalı avtomobillə həmin ünvana gediblər. Tanınmamaları və əl izlərinin qalmaması üçün maska və əlcək geyərək, hasardan aşıb həyətə keçiblər. Həyətdə ayrı evdə ailəsi ilə yaşayan gözətçinin qaldığı yaşayış sahəsinə daxil olaraq, yatmış vəziyyətdə olan Gündüz Cəfərovu və ailə üzvlərini oyadıb, Sərxan Allahverdiyevin evinin qapısını açmağı tələb edib. Gözətçi bundan imtina etdikdə, onun bədəninin müxtəlif nahiyyələrinə bıçaq və yumruqla xəsarətlər yetiriblər. Gündüz Cəfərovun ağzını və qollarını yapışqanlı lentlə bağladıqdan sonra, onun arvadı Vüsaləni hədələyib, evdəki otağlarda axtarış aparıblar. Nəticədə zərərçəkənə 3718 manat dəyərində ziyan vurmqla, quldurluq ediblər.
Aprelin 14-ü saat 20 radələrində Nəsimi rayonu, Moskva prospekti 46 ünvanda yerləşən kafedə 700 manat pulun qaytarılmaması səbəbindən yaranan mübahisə zamanı Nurəddin Xəlilov üzərində gəzdirdiyi bıçaqla tanışı Elmir Seyidəhmədova sifət nahiyyəsinə xəsarətlər yetirib.
Külli miqdarda gəlir əldə etmək məqsədi ilə banda üzvləri Rəşad Səfəralıyevin qonşusu Məcdun Dünyamalıyevin Binəqədi rayonu, 28 may qəsəbəsi, 730 ünvanda yaşadığı evə basqın ediblər. Cinayətin planını birgə hazırlayaraq, iyulun 18-nə keçən gecə həmin evə gəliblər. Rəşad öz həyətində dayanıb, müşahidə aparıb, Nurəddin Məcdun Dünyamalıyevin həyətinə keçib, mətbəxin pəncərə şüşəsini çıxardıb və içəri daxil olub. Evdə heç kim olmadığından basqın niyyəti baş tutmayıb, otağlarda apardıqları axtarış nəticəsində 5700 manat pul və 8000 manat dəyərində əmlakı ələ keçiriblər.
Avqustun 4-nə keçən gecə Xəlil Məmmədovun verdiyi məlumatla əlaqədar Xəlilov və qeyriləri Şamaxı rayonunda yaşayan Abı Həsənovun evənə basqın ediblər. Belə ki, Xəlil Məmmədov sonuncunun imkanlı olması barədə əvvəlcədən məlumat verib və onları qarşılayaraq, Həsənovun evinin yanına gətirib. Hasardan aşıb, həyətə, ordan isə evin 2-ci mərtəbəsinə qalxan Nurəddin bıçaqla eyvanın qapısını açmaq istəyib. Bu an zərərçəkən onu görərək, ov tüfəngindən Xəlilova atəş açıb. İfşa olunacaqlarından ehtiyyatlanan cinayətkarlar həmin ərazidən uzaqlaşıblar.
Avqstun 18-i saat 21 radələrində Nurəddin Xəlilov Fəxri Şirinzadə ilə birlikdə Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanda yerləşən avtobus dayanacağında xuliqanlıq niyyəti ilə Hilal Becanova və Xəyal Əhmədova bıçaqla xəsarətlər yetirərək, hadisə yerindən qaçıblar. Köməyə gəlmiş vətəndaşların səyi nəticəsində zərərçəkənlərin həyatları xilas edilib.
Noyabrın 6-da dəstə üzvləri Zaur Əliyevin məlumatı əsasında Ağdaş şəhərinə gediblər və onun Y.Nəbiyev küçəsi, 18 ünvanda yaşayan qonşusu Niyazi Əzizovun evini qarət ediblər. Saat 2 radələrində Nurəddinlə Müşviq özləri ilə silah qismində istifadə edilən bıçaq, balta və skotç götürüb, hasardan aşıb, həyətə keçiblər. Mikayılov yumruqla vurub pəncərənin şüşəsini sındırıb və bundan sonra onlar içəri giriblər. Əzizov və ailə üzvləri evdə olmayıblar. Otağları axtaran cinayətkarlar zərərçəkənə 2000 manat dəyərində ziyan vurublar.
Bundan sonra, Coşqun Kərimbəyli Qəbələ ş., Sabir küçəsindəki 6saylı evdə yaşayan qonşusu Nizami Quliyevin evində külli miqarda pul və qiymətli əşyaların olması barədə məlumat verib. Bununla əlaqədar Nurəddin Xəlilov, Müşviq Mikayılov, Əhməd Kərimov Bahadur Məmmədovun idarə etdiyi "VAZ 21099” markalı avtomaşınla Qəbələyə gəliblər. Ayın 19-da Nurəddin odlu silahla hasardan aşaraq, evin həyətinə keçib və darvazanı açıb. Yaşayış sahəsinə pəncərən daxil olan şəxslər apardıqları axtarış zamanı 885 manat dəyərində əmlakı ələ keçiriblər.
Bundan 4 gün sonra Coşqun Kərimbəylinin nişanı əsasında Nurəddin Xəlilov, Müşviq Mikayılov, Rəşad Həşimli, Əhməd Rərimov 12 kalibrli "Vinçester” sistemli tüfəng, bıçaq və balta ilə silahlanaraq Qəbələ şəhərində, Sabir küçəsi, 3 ünvanda yaşayan "Soyuq bulaq” restoranının sahibi Vahid Vahabovun evinə basqın ediblər. Evun 2-ci mərtəbəsində divanda, yatmiş vəziyyətdə olan Vahid Vahabovu yuxudan oyadıb, ondan pul və qızıl əşyalarını verməyi tələb ediblər. Sonra Xəlilov odlu silahdan bir atəş açaraq zərərçəkəni arvadı Rəsmiyyə Vahabovanın gözü qarşısında quldurluqla əlaqədar qətlə yetirib. Qadının baş nahiyyəsinə bıçaqla xəsarət yetirib, ağzını və əllərini yapışqan lentlə bağlayıblar, səs-küyə qonşuların gələciyindən qorxub, hadisə yerindən qaçıblar.
Noyabr ayının axırlarında Nurəddin Xəlilovla Müşviq Mikayılov Bakıda, Binəqədi qəsəbəsinə yaşayan Bənurə İmanovaya məxsus mağazaya qanunsuz daxil olmaqla 250 manat məbləğində ərzaq mallarını oğurlayıblar.
2015-ci il yanvarın 29-da dəstə üzvləri Göyçay rayonunda yaşayan və falçılıqla məşqul olan Malikə Salehovanın evinə basqın etməyi planlaşıdırıblar. Bu məqsədlə Müşviq Mikayılov, Rəşad Həşimli və Pərviz Şıxəliyev Sumqayıt şəhərində, 4-cü mikrorayon ərazisində yerləşən 17 saylı binanın həyətindən Bayram Əliyevə məxsus "Vaz-2106” markalı avtomaşını qaçırıblar. Silahlanan şəxslər gecə saat 24 radələrində Ağdaş rayonuna çatıblar, orda tanışları Zaur Əliyevlə görüşüb, birlikdə səhər saat 4-də Göyçay rayonuna gəliblər. Hava dumanlı və qaranlıq olduğundan nəzərdə tutduqları evi tapa bilməyiblər, bununla da iradələrindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyiblər. Ağdaş şəhərinə qayıdaraq, Zaur Əliyevin vasitəsi ilə avtomaşını rayon sakini İlqar Abdullayevə 2000 manata satıblar.
Fevralın 12-i gecə saat 2 radələrində onlar Sumqayıtın, 45-ci məhəlləsində yerləşən 14 saylı binanın həyətindən "VAZ 21061” markalı avtomobili qaçırtmağa cəhd göstəriblər.
İş üzrə dindirilmiş Nürəddin Xəlilov bildirib ki, 2014-cü il noyabrın ortalarında dəstənin üzvləri olan Qəbələ rayon sakinləri Əhməd Kərimov və Coşqun Kərimbəyli söhbət zamanı ona rayonda yaşayan imkanlı şəxsləri tanıdıqlarını bildiriblər. Bu məqsədlə, noyabrın 19-da odlu silah götürmək üçün Ağdaş şəhərinə Zaur Əliyevin yanına gedib, Müşviq, Coşqun və Əhməd isə ondan ayrı avtobusla Qəbələyə yollanıblar. Zaurla ov tüfənginin qundağını və lüləsini kəsəndən sonra, Nurəddin silahı idman çantasına yerləşdirib və dostlarının yanına gəlib.Gecə saat 2 radələrində onu və qeyrilərini Qəbələdə yaşayan Bahadur Məmmədov idarə etdiyi "VAZ 21099” markalı avtomobillə Coşqunun göstərdiyi evin yanına gətirib. Nizami Quliyevdən səvayi, Kərimbəyli qonşuluqda olan 2 mərtəbəli evi də göstərib, ev sahibi Vahidin bir neçə restoranı olduğunu, işdən çox vaxt gec və sərxoş halda qayıtdığını bildirib. Coşqunla Bahadur çayxanada olacaqlarını deyərək, onlardan ayrılıblar. Nurəddin Müşviqdən aldığı balta ilə evin 1-ci mərtəbəsindəki mətbəxin pəncərəsinə aralayıb. Həmin yerdən evə daxil olaraq, axtarış aparıblar. Müxtəlif məişət əşyalarını yığaraq, hadisə yerinə zəng vurub, çağırdıqları Bahadurun avtomobilinə yükləyiblər və onun evinin həyətinə gətiriblər.
Noyabrın 23-də onlar Qəbələdə 2-ci cinayəti törədiblər. Gecə saat 22 radələrində Nurəddin içərisində silah olan çanta ilə Müşviqabad qəsəbəsindəki körpünün yanına çıxıb, Müşviqlə Rəşad Sumqayıdan oğurladıqları avtomobillə ora gələrək, onu götürüblər və sonra "20 yanvar” metrostansiyasının yanından Əhmədidə maşına mindirib, birlikdə Qəbələ şəhərinə gəliblər. Yolda silahın saz vəziyyətdə olmasını yoxlamaq üçün havaya bir atəş açıb, qalan 5 patronu isə tüfəngin sandığçasına yerləşdirib. Hava dumanlı olduğu üçün əvvəl evi tapa bilməyiblər, köməklərinə Bahadur Məmmədov çatıb, sonuncu evi göstərərək, çıxıb, gedib. Özləri ilə gətirdikləri papaqlardan düzəltdikləri maskaları başlarına, əllərinə əlcək geiniblər. Nurəddin əlində silahla evin hasarından aşıb, həyətə keçib, Müşviq, Rəşad və Əhməd həyətə darvazanın kişik qapısından giriblər . Həyətdə təxminən 15 dəqiqə dayanıb, müşahidə aparıblar. Sonra Xəlilov kiçik pəncərədən əvvəlcə hamam otağına, sonra dəhlizə keçib. Evin giriş qapısını açaraq dostlarını içəri buraxıb. 2-ci mərtəbəyə qalxanda, zalda pilləkəndən solda Vahid Vahabovun divanda yatdığını görüb, əli ilə işarə edərək Müşviqgili yanına çağırıb. Vahiddən ucadan durmasını tələb edib və silahı ona istiqamətləndirib. Ev sahibi oyanıb, onları maskada görərək, qışqırmağa başlayıb. Əli ilə vinçesterin lüləsindən tutub, silahı almağa cəhd edib. Bu vaxt digər otağın qapısını açan bir qadın da onları görüb, səs-küy salıb. Nurəddin Vahidə "onlara maşın yox, pul lazım olduğunu” bildirsə də, Vahabov yenə də silaha əl atıb. Bu an Xəlilovun əli silahın tətiyi dəyib və atəş açılıb. Vahid yerə yıxılıb, ona görə də o digərlərinə "cəld, qaçmaqlarını” tapşırıb. Evin qapısından çıxıb, yolun kənarında saxladıqları avtomobilə əyləşıb, Bakıya qayıdıblar. Yolda maskaları, əlcəkləri və qilizi atıblar, silahı və qalan 4 patronu yaşadığı həyətdə gizlətib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Xəlilov ömürlük cəza alıb, Müşviq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Fəxri Şirinzadə, Bahadur Məmmədov 20 il, Zaur Əliyev və Rufis Bəyimov 18 il, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Samir Məmmədov, Niyaməddin Xəlilov 16 il, Xəlil Məmmədov 15 il, Ceyhun Abdullayev və Anar Rzayev 14 il, İlqar Musayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayətləri veriblər.
Növbəti iclas dekabrın 2-ə təyin edilib.
Miq.az