Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba-Xaçmaz yolunun 5-ci km-liyində ağır yol qəzası törətməkdə ittiham olunan Xaçmaz rayon sakini, 1976-cı il təvəllüdlü Etibar Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, E.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə bu il mart ayının 24-də axşam saatlarında Quba-Xaçmaz yolunun 5-ci km-də, Xaçmaz rayonu ərazisində baş verib.
Xaçmaz rayonu, Ağyazı-Buduq kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədmövsüm Həbibovun idarə etdiyi 10 GB 702 dövlət nömrə nişanlı, "VAZ-2107” markalı avtomobillə Xaçmaz rayonu, Mollabürhan kənd sakini, 1976-cı il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi 40 BK 187 dövlət nömrə nişanlı, "Opel” markalı maşın toqquşub.
Nəticədə hər iki sürücü və Etibar Abdullayevin idarə etdiyi avtomobildə olan sərnişinlər - Xaçmaz rayon Çuxuroba kənd sakinləri, 1983-cü il təvəllüdlü Güldanə Babayeva, 2008-ci il təvəllüdlü Luminə Babayeva, 2014-cü il təvəllüdlü Səma Babayeva, 2009-cu il təvəllüdlü Aysel Babayeva və 1985-ci il təvəllüdlü Hakim Babayev ağır xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Virtualaz.org
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”