Qiyamçı hərbçilərin xanımları da həbs edildi - 31 ildə ilk

Qiyamçı hərbçilərin xanımları da həbs edildi - 31 ildə ilk
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə iştirak edən və Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olduğu deyilən 105 hərbçinin həyat yoldaşlarının da saxlanılması haqda qərar verilib 

Politika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Prokurorluğunun verdiyi qərara əsasən 105 qadından artıq 74-ü həbs olunub.

Ankara baş prokurorun əmri əsasında Ankara Maliyyə Mübarizə Şöbə Müdirliyi nəzarət əməliyyatlarını yerinə yetirərkən şübhəlilər arasında müəllim, sosioloq, məsləhətçi, kompüter mütəxəssislərin olduğu öyrənilib. Şübhəli bilinən şəxslərdən 2-sinin yoldaşının polkovnik, 14-ünün podpolkovnik, 40-ının mayor, 40-ının kapitan və 4-ünün isə baş leytenant olduğu dəqiqləşdirilib. Onların həyat yoldaşları ilə birgə proseslərdə iştirak etdikləri aydınlaşıb.

Həmin şəxslərin kimliyi müəyyənləşdikdən sonra onların həbs olunması haqda qərar verilib. Hazırda 74 nəfər həbs olunub. Digərlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam edir.

Qeyd edək ki, belə bir əməliyyat Türkiyə tarixində 31 il sonra ilk dəfədir, aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az