"Qızıl Məryəm"in qətlində şübhəli bilinən 19 yaşlı gənc yaxalandı

Məryəm Namidzadənin qətlində şübhəli bilinən Ceyhun Əsgərov saxlanılıb 

"Qızıl Məryəm”in qətlində şübhəli bilinən şəxslərdən biri də saxlanılıb.
 Kəpəz.Tv-yə istinadən verilən məlumata görə, yanvarın 5-də Məryəm Namidzadəni yaşadığı mənzildə bıçaqla qətlə yetirdiyi iddia edilən Bakı şəhər sakini, 19 yaşlı Ceyhun Əsgərov tutulub. Əsgərov izahatında evdən yalnız 120 manat pul götürdüyünü bildirib. 
Araşdırmalar zamanı qətlin mərhumun qızı 28 yaşlı Günel Hüseynovanın və bacısı oğlu 28 yaşlı Nicat Eyvazovun sifarişi ilə törədildiyi  müəyyən edilib.   
 
Qeyd edək ki,   Məryəm Namidzadə Bakıdakı məşhur "Jewellery” zinət əşyaları mağazasının sahibi olub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az