Qohumunun qətlində təqsirləndirilən qardaşlar -24 il cəza

Qohumunun qətlində təqsirləndirilən qardaşlar -24 il cəza

Borc üstündə qohumunun qətlində təqsirləndirilən qardaşlar 24 il cəza alıblar- FOTOLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakinləri Vüqar və Zülfüqar Yusifovlarıin CM-nin 120.1 (qəsdən adam öldürmə) və 
126.1-ci (qəsdən sağlamlığına ağır zərərvurma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Miq.az-ın məlumatlna görə, 2014-cü il iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində 25 yaşlı Vüqar Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən təhdid olunub. Tərəflər arasında mübahisə əvvəl mağazada başlayıb, sonra isə çöldə davam edib. İlkin olaraq Vüqar bıçaqla Vasifə xəsarət yetirib, sonra isə Asifi yaralayıb. Hadisə yerində Vüqar Yusifov maşınla qayınatasıgilə gedib. Yaralılar Sumqayıt ş. təcili yardım xəstəxanasına çatdırılsalar da, həkimlər Vasif Məmmədovun həyatını xilas edə bilməyiblər. Həmin gün şübhəli şəxslər
Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim ediliblər. 
 
Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza istəyib..
 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 12 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az