“Bütün ölkələrdəki türk təşkilatları ABŞ səfirlikləri qarşısında piket keçirərək “24 aprel” yalanına etiraz etsinlər”
Beynəlxalq Həqiqəti olmayan Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) aprelin 21-də dünyadakı bütün türk təşkilatlarını “24 aprel qondarma erməni yalanı”na qarşı çıxmağa dəvət edir.
Bununla bağlı Veteninfo.az saytına açıqlama verən dərnəyin sədri Göksel Gülbey bildirdi ki, dünyanın hansı ölkəsində ABŞ səfirliyi varsa, həmin gün həmin ölkələrdəki türk təşkilatları səfirlik qarşısında piket keçirərək “24 aprel” yalanına etiraz etsinlər: “Erməni diasporasının yalanına qarşı və ermənilərin təzyiqindən qorxan ABŞ prezidentinə qarşı türkləri birləşməyə dəvət edirik. Buna görə də, bütün ölkələrdəki Amerika səfirliklərinin qarşısında bayraqlarımızı qaldıraq. Hətta Azərbaycandakı təşkilatlar da bizimlə həmrəy olmalıdırlar. Necə ki, biz Xocalı faciəsi günü Taksim meydanına çıxmaqla Azərbaycanı tək qoymadıqsa, eyni addımı bu gün Azərbaycan xalqı etməlidir. Onlar da 24 aprel məsələsində bizimlə həmrəy olmalıdırlar”.
G. Gülbey sonda qeyd etdi ki, biz Azərrbaycan təşkilatlarına ABŞ-ın Bakı səfirliyi qarşısına çıxaraq “24 aprel” yalanını baykot etməsini istəyirik.
Rövşən Ziya
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR