İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı "AccessBank-da kredit al... Avropa çempionatına vəsiqə qazan! Heç kim uduzmayacaq!" məzmunlu reklamın yayımlandığı müəyyən edilib.
"Vətəninfo.az" xəbər verir ki, ilkin araşdırma zamanı reklamın mətnində həqiqətə uyğun olmayan, qeyri-dəqiq və istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən məlumatlar aşkar olunub. "AccessBank" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində işə baxılması zamanı "AccessBank" QSC-nin sifarişi əsasında yayımlanan "AccessBank-da kredit al... Avropa çempionatına vəsiqə qazan! Heç kim uduzmayacaq!" məzmunlu reklamın qeyri-dəqiq və bilərəkdən yalan reklam olduğu müəyyən edilib. Belə ki, qeyd olunan reklamda istehlakçıya "AccessBank"dan kredit alacağı təqdirdə Avropa çempionatına vəsiqə əldə edəcəyi bildirildiyi halda, faktiki olaraq kampaniya çərçivəsində bankdan kredit almış müştərilərin yalnız 12 nəfərinin avropa çempionatına vəsiqə (bilet) qazandığı müəyyənləşib.
Reklam yayımı zamanı antiinhisar və reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi barədə "AccessBank" QSC-yə icrası məcburi göstəriş verilib. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə 14,2 min manat maliyyə sanksiyası tətbiq edilib.
Publika.az
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?