“Əlimdən gələni etdim ki, prezidentin qarşısında güclü idmançıya qalib gəlim”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya taekvondo üzrə yarışlarda finala vəsiqə Azərbaycan təmsilçisi Ayxan Tağızadə (-68 kq) deyib.
Taekvondoçu ölkə başçısının Bakı Kristal Zala daxil olduğunu döyüşə çıxmazdan əvvəl gördüyünü söyləyib: “Kamerada gördüm ki, cənab prezident zala gəldi, həyəcanlandım. Döyüşə çıxanda prezidentin oturduğu tərəfə baxmadım ki, həyəcanlanaram. Döyüş qurtarandan sonra prezidentə əl elədim. Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev demişdi ki, prezident sənin döyüşünə baxmağa gələcək. Ona görə də var gücümlə çalışdım ki, qələbə qazanım. Azarkeşlər çox sağ olsun dəstəklədilər”.
Ötən ay rusiyalı rəqibinə uduzduğunu deyən A.Tağızadə A.Aleksey Denisenkonun taktikasına bələd olduğunu söyləyib: “Hücuma getsəydim, başıma vuracaqdı. Müəllimim tapşırığına əməl etdim, qalib gəldim”.
Atası və şəxsi məşqçisi Əvəz Tağıyevin və taekvondo üzrə məşqçi qardaşının ona dəstək olduğunu deyən A.Tağızadə hər bir azarkeşə təşəkkür edib: “Döyüşümə anam da evdə baxır. Bilirəm, çox həyəcanlanır. Prezidentin gəlməsini, anamı, məşqçimi və azarkeşləri düşünüb daha əzmlə döyüşdüm ki, qalib gəlim. Avropa Oyunları mənim üçün tarixdir. Qızıl medal qazansam tarix yazmış olacağam”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL