"Avropa oyunları ilə əlaqədar əhval-ruhiyyə yüksəkdir. Düşünürəm ki, Azərbaycan qarşıdakı I Avropa oyunlarına hazırdır". Bu barədə Bakıda jurnalistlərə UNİCEF-in milli səfiri, Milli Basketbol Assosiasiyasında (NBA) oynayan ispaniyalı peşəkar basketbolçu Xose Manuel Kalderon bildirib.
O qeyd edib ki, oyunlar üçün tikilən obyektlərlə tanış olub. "Oyunların keçirilməsi üçün bütün zəruri infrastruktur yaradılıb. Səviyyəsi və keyfiyyətinə görə Bakıdakı idman obyektləri Olimpiya səviyyəsinə uyğundur", - X.M.Kalderon deyib.
Qeyd edək ki, basketbolçu UNİCEF tərəfindən təşkil olunan uşaqlar üçün stritbol üzrə master-klass keçirmək üçün Bakıya gəlib.
Birinci Avropa oyunları Azərbaycanda iyunun 12-28-də keçiriləcək.
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL