Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Şahbaz Quliyev xəstəxanadan ailəsinə məktub göndərib.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə AzVision.az-a Ş. Quliyevin qardaşı İlham Quliyev məlumat verib.
Bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatırılıb: “Məktubda Şahbaz vəziyyətinin yaxşı olduğunu yazıb. Deyir ki, narahat olmayın, hər şey yaxşı olacaq. Qardaşımız darıxıdığını da qeyd edib. O, heç bir probleminin olmadığını da söyləyib”.
Qeyd edək ki, erməni girovluğunda saxlanılan Şahbaz Quliyev bir neçə gün öncə öd kisəsindən əməliyyat olunub.
Ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Qondarma məhkəmənin hökmü ilə D.Əsgərova ömürlük, Ş. Quliyevə isə 22 il həbs cəzası verilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR