Dənizlinin Pamukkale mahalında yaşayan Özer Öğrenci astma və bronxit xəstəsi olan anasını yaxşılaşdırmaq məqsədi ilə satın aldığı eşşəyin südünə göstərilən maraqdan sonra eşşək ferması qurub. Özer jurnalistlərə açıqlamasında deyib ki, 66 yaşlı anası Teslime Öğrenci astma və bronxit xəstəsi olub, nəfəs almaqda çətinlik çəkib, illərdir bu xəstəliyin müalicəsi ilə məşğul olublar.
Eşşək südünün xəstəliyin müalicəsində faydalı olduğunu öyrəndiklərini, bu məqsədlə bir eşşək alıb südünü sağmağa başladığını söyləyən Öğrenci, süd sayəsində xəstəliyin böyük nisbətdə yaxşılaşdığını və anasının daha yaxşı vəziyyətə gəldiyini bildirib. Belə xəstəliyi olanlardan eşşək südü tələbatının gəlməsindən sonra heyvan sayını artırdıqlarını qeyd edən Teslime Öğrenci hazırda 10 eşşəklə süd istehsalına davam etdiklərini dilə gətirib.
Öğrenci eşşək südünün müxtəlif xəstəliklərə qarşı yaxşı təsir etdiyindən danışıb:
“Bir eşşəkdən gündə yarım litr ilə 1 litr arasında süd alına bilir. İlin 8 aylıq dövründə süd sağa bilirik. İstehsalın məhdud olması səbəbi ilə südün litri 80, yaxud 100 lirə arasında satılır. Eşşək südünə çox yüksək tələbat var, heyvanların sayını artırmağı düşünürük”.
Modern.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR