FIFA-nın sabiq vitse-prezidenti Cek Uorner videomüraciətlə çıxış edib
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının sabiq vitse-prezidenti Cek Uorner həyatına görə narahat olduğunu deyib. Uorner videomüraciətində bildirib ki, əlində FIFA-nın maliyyə fəaliyyəti ilə bağlı sənədlər var və bu sənədlərdən bəziləri Amerika Birləşmiş Ştatlarının apardığı istintaq üçün faydalı ola bilər.
"2010-cu ildə Trinidad və Tabaqoda keçirilən milli seçkilər ilə FIFA məmurları və prezidenti Yozef Blatterin əlaqələrini təsdiqləyən sənədləri təqdim edəcəyəm. Girdiyim yoldan dönə bilmərəm. Bu günün gec-tez gələcəyindən ehtiyat edərək susurdum. Daha belə etməyəcəyəm.
Əslində, həyatıma görə qorxuram. Bu informasiyanı daha əvvəl açıqlamadığım üçün üzr istəyirəm. Ölüm belə yaxınlaşan qar uçqununun qarşısını ala bilməz. Blatter niyə məğlub olduğunu bilir" - FIFA-nın sabiq vitse-prezidenti Cek Uorner videomüraciətində belə deyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL