Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşlığı ilə “Heydər Əliyev kuboku – 2014” mini futbol turniri start götürür.
Vətəninfo.az xəbər verir ki, turnirdə Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları, şirkətlər, banklar, idarələr, müxtəlif müəssisələr və təşəbbüs qruplarının iştirakı ilə oğlan və qızlardan ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Reqlamentə əsasən turnir play-off sistemi ilə keçiriləcək. (1/8, 1/4 , 1/2 , 1/1 ) Keçirilən oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər briqadası tərəfindən idarə olunacaq. Həmçinin komandalara tanınmış futbol ulduzları, məşqçilər və hakimlər tərəfindən “Heydər Əliyev kuboku – 2014” layihəsi çərçivəsində sağlam həyat tərzini təbliğ edən maarifləndirmə işləri aparılacaq və futbol haqqında geniş məlumatlar veriləcək.
Qalib komandalar “Heydər Əliyev Kuboku”, fəxri fərman və medalla təltif olunacaq. Layihənin rəsmi açılış mərasimi 22 iyul tarixində Gəncə şəhərində keçiriləcək. “Heydər Əliyev kuboku – 2014” layihəsinin əsas məqsədi futbolun gənclər arasında kütləviləşməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidir.
Layihə iyun-sentyabr aylarını əhatə etməklə 3 ay müddətində icra olunacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR