Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova ana olmaq istəyir.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Onlar" verilişinə açıqlamasında deyib:
“Uşaqları çox sevirəm. Allah mənə də ana olmaq qismət etsin. Qızım olmasını arzulayıram. Amma hələ bunun üçün toy olmalıdır. Namizədləri gözləyirəm”.
G.Zeynalova qardaş ölkədə yayıma başlayan “Səsi gözəl” verilişindən danışıb. O, yarışmada münsif olan türkiyəli ifaçı Sibel Canın ondan kömək istədiyini bildirib:
“Sibel Can mənə zəng etdi ki, verilişdə gözəl səs yoxdur, bizə kömək et. Azərbaycanda səsinə güvənən kim varsa, bizim verilişə qatılsın. Mənə telefon nömrəsi də verib. Hətta istedadlı səs tapmaq üçün özünün belə Bakıya gələcəyini bildirib. Bizdə gözəl səsi olan gənclər çoxdur. İlk dəfə Türkiyədə Zeynəb Xanlarovanı tanıdılar və sevdilər. Daha sonra isə məni gördülər. Mən verilişlərə qatılanda Azərbaycan dilində danışırdım. Bu da onların xoşuna gəlirdi. İndiki sənətçilər gedib türk dilində danışmağa başlayırlar. Onlar da bunu ələ salırlar".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR