İlqarə Kazımova uşaqlıqdan "A Studio" qrupunun heyranı olduğunu bildirib.
"Mən hər zaman "A Stduio" qrupunun böyük heyranı olmuşam. Bu qrupa sevgim qrupun rəhbəri Batırxan Şukenovun istedadının sayəsində yaranıb. Bu cür dahi musiqiçinin hazırda aramızda olmamasına inanmaq çox çətindir. Onun yaradıcılığı tam bir musiqi epoxasıdır. Belə insanlar dünyadan köçəndə anlayırsan ki, insan üçün əsas can sağlığıdır. Amma onun mahnıları, səsi və musiqisi əbədi yaşayacaq.
Xoşbəxtlikdən xaricdə istirahət edərkən o cür dahi musiqiçi ilə tanışlıq mənə qismət olub. Biz onunla otel liftində görüşdük və bir neçə dəqiqə ünsiyyət mənə kifayət etdi ki, onun nə qədər işıqlı insan olduğunu dərk edim. Daha sonra mən onun canlı konsertini də izlədim. Onun səsində və musiqilərində ürək var. Bu çox vacibdir.Mən onun repertuarından bir mahnını ifa edəcəyəm. Həmin mahnını özüməməxsus şəkildə, onu gördüyüm, hiss etdiyim kimi ifa edəcəyəm. Artıq aranjman işləri gedir. Bəlkə də, həmin mahnıya klip də çəkdirdim".
Milli.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR