Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqanı olan "Qobustan" jurnalının növbəti nömrəsi çapdan çıxıb. Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, jurnalın ilk səhifəsində baş redaktor Vaqif Əlixanlının "Qırx sətir" sərlövhəli yazısı yer alıb. Bu yazıda redaksiyaya edilən zənglər əsasında oxucuların fikirləri yer alıb.
Jurnalın "Pərdənin o üzü" rubrikasında "Yeni dram gecikir" sərlövhəli söhbətdə müasir teatrın problem məsələləri araşdırılır.
Növbəti səhifələrdə rejissor Ağalar İdrisoğlu, şair Yusif Nəğməkar haqqında müsahibələr təqdim olunub.
Jurnalın "Yurd yeri" rubrikasında qədim Oğuz torpağı olan Dərbənd haqqında, onun mədəniyyəti, incəsənət xadimləri haqqında çeşidli yazılar dərc edilib.
Jurnalda, həmçinin tanınmış bəstəkar, xalq artisti Hacı Xanməmmədov, məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərli kimi incəsənət ustalarımız, "Sarı sim" rubrikasında muğamşünaslığımızdan bəhs edən yazılar təqdim olunub.
Jurnalın son səhifələrində "Borçalı xalçaları", "Kürdülər və qıyhalar", "Gəncə karvansaraları" və digər yazılar da oxucuların ixtiyarına verilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL