"Rəhbərlik bizə deyir ki, Xankəndi Azərbaycanındır" - Akopyan


Xankəndidə separatçı "deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına verdiyi müsahibə Qarabağdakı vəziyyəti anlamağa imkan verir.
 
Akopyanın dediklərindən çıxan nəticələr:
 
1. Müharibədən 6 ay keçsə də, erməni əhalsinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb və separatçı rejim problemlərin həlli ilə məşğul olmur, əhalinin bölgəni tərk etməsi perspektivi aktualdır.
 
2. Separatçı rejimin daxilində çaxnaşma və qarşıdurma var.
 
3. Xankəndi ətrafında zaman-zaman atəş səsləri eşidilir (bu, Aakopyanın iddiasıdır).
 
Daha çox onun bu sözləri diqqət çəkir: "Rəhbərlikdən” (atəşlə bağlı – red.) soruşanda bizə deyirlər ki, bu normaldır, çünki ən azından bu şəhərin Azərbaycanın olduğunu nəzərə almalıyıq. Sülhməramlıların nə etdiyini soruşanda bildirirlər ki, onlarla danışmışıq, bunu tənzimləməyə çalışırlar.
 
Xankəndidə istədiyimizə nail olana qədər nə ermənilərə, nə də sülhməramlılara rahatlıq verməliyik.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az