Rəsmi Bakı Londonda baş vermiş terroru pisləyib

Rəsmi Bakı Londonda baş vermiş terroru pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter” səhifəsində Londonda baş vermiş terror aktını pisləyib.

AzNews.az xəbər verir ki, yayılan bəyanatda terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Londonda baş verən terror aktını qəti şəkildə pisləyib.

Xatırladaq ki, 22 mart tarixində Londonun Vestminister körpüsündə şəxsiyyəti açıqlanmayan bir nəfər avtomobili insanların üzərinə sürüb. Daha sonra avtomobildən enən şəxs bıçaqla insanlara hücum edərək, parlamentin binasına daxil olmağa çalışıb. Amma hüquq-mühafizə orqanları onu zərərsizləşdirə biliblər. Nəticədə, 4 nəfər ölüb, 40 nəfər yaralanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az