Bordyujanın səfəri İrəvannı Avrasiya Birliyinə girmək məsələsində keçirdiyi tərəddüdləri aradan qaldırmaq məqsədi daşıyır
İyunun 25-də Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatının baş katibi, general-polkovnik Nikolay Bordyuja gözlənilmədən İrəvana səfər edib. Vətəninfo.az xəbər verir ki, Bordyuja Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb. Rəsmi məlumata görə, görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Həmçinin KTMT-nin regionda iştirak payının gücləndiriləməsinə toxunulub.
Sülməramlı qüvvələrin inteqrasiyası ilə bağlı iyulun 1-2-də İrəvanda keçirilməsi nəzərdə tutulan foruma hazırlıq da müzakirə edilib.
Qeyri-rəsmi məlumatlara görə isə Bordyujanın səfəri İrəvannı Avrasiya Birliyinə girmək məsələsində keçirdiyi tərəddüdləri aradan qaldırmaq məqsədi daşıyır. Çünki iyunun 27-də Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyi ilə Assosiasiya haqqında saziş bağlayacaqlar. Əvvəllər bu siyahıda Ermənistanın da adı vardı. Amma sonradan Ermənistan bu sazişdən Moskvanın təzyiqi ilə imtina etdi. Hazırda müxalifət məsələ ilə bağlı Ermənistan hakimiyyətini kəskin tənqid edir və Sarkisyan hakimiyyətini sazişi bərpa etməyə çağırır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR