Rusiya ən güclü silahını satdı?
Kremldən gözlənilməz bəyanat
Kreml Türkiyə prezidentinin Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasına dair bəyantını şərh etməkdən imtina edib. İstiPress-in məlumatına görə, mətbuat katibi Dmitri peskov Rəcəb Tayyib Ərdoğanın fikirlərinə bir cümlə ilə cavab verib - "Şərh etmirik".
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan hakim partiyanın (AKP) iclasında bildirib ki, Rusiya ilə S-400 raketlərinin alış-satışına dair razılıq əldə edilib.
"Biz Rusiya ilə lazımi addımları atmışıq. İmzalar atılıb və ümid edirik ki, S-400-ləri ölkəmizdə görəcəyik".
Xatırladaq ki, ABŞ-ın Müdafiə Nazirliyi də Türkiyədən bu alışla bağlı izahat tələb edib. Lakin Ərdoğanın Pentaqon nünyəndəsinə cavabı özünü çox gözlətməyib. "Niyə narahatlıq doğurmalıdır? Hər ölkə öz təhlükəsizliyi üçün tədbir görməlidir. Və bu tədbirləri haradan təmin etmək olarsa ora doğru addım atılacaq. Dəfələrlə Amerika ilə danışıqlar apardıq. Təəssüf ki, bunları təmin edə bilmədiyimiz üçün, istər-istəməz S-400-lərlə bağlı plan qurduq və görüşdük. Və addım atacağıq..."
Türkiyə 2016-cı ildən Rusiya istehsalı olan S-400-lə yaxından maraqlanmağa başlayıb. Bu il isə alış haqqında ən yüksək səviyyədə, o cümlədən prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar aparılıb.
Miq.az