Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrlərinin helikopter eskadrilyası Ermənistan aerodromunda yerləşə bilər. Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan cümə günü Rusiya Federasiyası müdafiə naziri Serqey Şoyqu ilə danışıqlar aparıb.
Rusiya ordu generalı Serqey Şoyqu görüşünün gedişatında həmkarına Ermənistanda Rusiya hərbi bazasının məntəqələrinin yerləşdirilməsi haqqında hökumətlərarası razılaşmanı imzalamağı təklif edib. Bu təklifə əsasən Ermənistan aerodromunda Rusiya Hərbi Hava Qüvvələrlərinin helikopter eskadrilyasının yerləşdirilməsi nəzərdə tutulur.
Görüşdə tərəflər həmçinin mövcud vəziyyəti və ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib. Eyni zamanda Qafqaz regionunda bir sıra təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlarda iki ölkənin müdafiə orqanları arasında əməkdaşlığın möhkəmlənməsində müsbət dinamikanın müşahidə edildiyi qeyd edilib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR