Rusiya İrandan raket istəyir, Qərb qarşısını almağa çalışır - Kuleba
Tehran Moskvaya kömək edərkən ilk növbədə öz maraqlarını düşünür.
Miq.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
Nazir bildirib ki, İran ətrafında gedən dünya diplomatiyasında Tehran müxtəlif ölkələrlə münasibətlərdə əlverişli mövqedədir:
"Sirr deyil ki, Rusiya İrandan raket istəyir. Qərb ölkələri bunun qarşısını almağa çalışır. Ona görə də İran ətrafında aktiv diplomatiya var. Vəziyyət müəyyən deyil. İran burada əlverişli mövqedədir. Onlar hiss edirlər ki, əllərində müxtəlif oyunçularla münasibətlərdə fəaliyyət göstərə biləcək".