Rusiya raket kompleksi bazarını ələ keçirir

Rusiya raket kompleksi bazarını ələ keçirir
Rusiyanın havadan müdafiə silahları istehsal edən "Almaz-Antey” şirkətinin sədr müavini Vlaçeslav Dzirkaln S-400 raketlərdən müdafiə sistemləri ilə həm rus ordusunu təmin etmək, həm də bu komleksi xarici ölkələrə ixrac etməyə hazır olduqlarını bildirib.

Publika.az xəbər verir ki, Dzirkaln şirkətin həm Rusiyanın, həm də xarici ölkələrin tələbatlarını ödəyəcək istehsal potensialına sahib olduğunu qeyd edib.
"Almaz-Antey” şirkətinin Nijnıy Novqorod və Kirov şəhərlərində 2 böyük fabrikini istifadəyə verdiyini, Sankt-Peterburqda 3 fabrik və 3 universitetin inşasının başa çatmaq üzrə olduğunu deyən müavin bu potensial sayəsində həm rus ordusunun ehtiyaclarını, həm də beynəlxalq razılaşmalardakı sifarişləri təmin edəcəklərindən əmin olduğunu qeyd edib.
Hindistanla üzərində müzakirələr apardığı "S-400” kopleksini Rusiya ilk olaraq Çinə satacaq. Türkiyə ilə bu mövzuda davam edən uzunmüddəli görüşlər isə artıq yekunlaşmaq üzrədir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az