Rusiya Türkiyə ilə anlaşmanı pozdu – Bölgə bombardman edildi

Rusiya Türkiyə ilə anlaşmanı pozdu – Bölgə bombardman edildi

Rusiya Suriyanın İdlib vilayətinin Hamame, Məzra və Zərzur kəndlərinə 15 hava zərbəsi endirib.

Miq.Az xəbər verir ki, hücumla əlaqədar ölən və yaralılar haqqında məlumat verilməyib.

Bombardmanda iştirak edən 3 döyüş təyyarəsinin Rusiyanın Ləzgiyədəki Xmeymin bazasından qalxdığı bildirilib.

Məlumata görə, qur qırıcılarının Zərzur kəndinə təşkil etdiyi hava hücumunda Türkiyədən bir qeyri-hökumət təşkilatı tərəfindən yetim uşaqlar üçün tikilən evlər də hədəfə alınıb. Hava hücumlarını həyata keçirən təyyarələrdən atılan bombalardan biri evlərin 100 metrliyinə düşüb.

Hücumla bağlı ölən və yaralılar haqqında məlumat verilməyib.

Qeyd edək ki, ötən il martın 5-də Türkiyə və Rusiya arasında İdlibdə atəşkəs haqda sənəd imzalanmışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az