Rusiyada 20 yaşlı azərbaycanlı qız qaçırıldı

Rusiyada 20 yaşlı azərbaycanlı qız qaçırıldı
Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxslər əslən Azərbaycandan olan qızı Orconikidze küçəsində yerləşən yaşadığı mənzildən qaçırıblar.

Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. 

Moskva rayon polis bölməsinə qızın 45 yaşlı anası müraciət edib. Onun sözlərinə görə, cinayətkarlar dekabrın 11-də mənzilə soxularaq qızı qaçırıblar. Hadisə zamanı qızın anasını vurublar. 

O qeyd edib ki, qızı qaçıranlardan biri əslən azərbaycanlıdır. Şikayətçinin məlumatına görə, həmin şəxs cinayəti törətmək üçün iki naməlum şəxsi də cəlb edib. 

Qaçırılan qız anası və nənəsi ilə birgə yaşayırdı, atası vəfat edib. Rusiya KİV-i qızın adını dəqiqləşdirmir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az