Polislər soyğunçu dəstəni Zelenoqradda "Mariya" zərgərlik salonunu soyan zaman tutub
Moskva və Sankt-Peterburqda zərgərlik mağazalarına hücumlarda şubhəli bilinən üç azərbaycanlıdan ibarət dəstə yaxalanıb. Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, polislər soyğunçu dəstəni Zelenoqradda "Mariya" zərgərlik salonunu soyan zaman tutub. "Mariya" zərgərlik salonunu soymaq üçün gənclərə 14 dəqiqə bəs edib. Bu müddət ərzində onlar 42 yaşlı keşikçini tərk-silah edib və onun əl-qolunu bağlayıb. Daha sonra vitrini sındırıb bütün zərgərlik bəzəklərini aparıblar.
Soyğunçular hadisə yerindən iki qara rəngli "BMV " və "İnfiniti FX 35" avtomobilləri ilə uzaqlaşıb. Şahidlərdən biri quldurların getdiyi "İnfiniti" nömrəsini yazmağı bacarıb.
Polis şəhərdə "Ələ keçirmə" planı elan edilib və tezliklə nəticəsini əldə edib. Soyğunçuların avtomobili Brateyevsk küçəsində dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin əməkdaşları tərəfindən dayandırılıb.
Soyğunçular qaçmağa çalışsa da polis onları həbs etməyi bacarıb. Maşında axtarış zamanı oğurlanmış zərgərlik məmulatları aşkar edilib.
Cinayətkarlar 23-30 yaşlı Azərbaycan sakinləridir. Onların Moskva və Sankt-Peterburqda digər cinayət işlərində iştirakı iddia edilir. Hal-hazırda istintaq bu informasiyanı yoxlayır.
Vətəninfo.az
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA